Azərbaycanda COVID-19 yoluxanların və əleyhinə peyvənd olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda COVID-19 yoluxanların və əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16:39 - 13 / 07 / 2023
Azərbaycanda COVID-19 yoluxanların və əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 972 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 668 nəfər müalicə olunaraq sağalıb, 10 288 nəfər vəfat edib, aktiv xəstə sayı 16 nəfərdir.

Ölkədə son sutka ərzində 870, hazırkı dövrədək isə 7 653 658 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 49 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7, üç və daha çox doza vaksin vurduranların sayı 9, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 967 963, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 801, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 170, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 654, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 338 təşkil edir.

Paylaş:
248

Son xəbərlər

Bütün xəbərlər