Bilgəhdə dənizdə batan şəxsin meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bilgəhdə dənizdə batan şəxsin meyiti tapılıb

Qafar Ağayev11:01 - 13 / 07 / 2023
Bilgəhdə dənizdə batan şəxsin meyiti tapılıb

Bakıda dənizdə batan şəxsin meyiti tapılıb.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 11-də Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 6 kilometr aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
323

Son xəbərlər

Bütün xəbərlər