Salyanda fəhləni elektrik vuraraq öldürüb, cinayət işi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Salyanda fəhləni elektrik vuraraq öldürüb, cinayət işi açılıb

15:15 - 14 / 07 / 2023
Salyanda fəhləni elektrik vuraraq öldürüb, cinayət işi açılıb

Salyanda fəhləni elektrik vuraraq öldürməsi faktı ilə bağlı cinayət işi açılıb.

Bu barədə 1news.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Salyan Elektrik Şəbəkəsində montyor işləyən 1975-ci il təvəllüdlü Elnur Kazımovun rayonun Seyidlər kəndi ərazisində elektrik naqilini dəyişərkən cərəyan vurması nəticəsində ölməsi faķtı üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci ( səhlənkarlıq, ehtiyatsızlıqdan zərərcəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Paylaş:
258

Son xəbərlər

Bütün xəbərlər