Zamirə Ədilova: Jurnalistlər tərəfindən TƏBİB-ə daxil olan müraciətlərin sayı artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Zamirə Ədilova: Jurnalistlər tərəfindən TƏBİB-ə daxil olan müraciətlərin sayı artıb

Qafar Ağayev12:14 - 17 / 07 / 2023
Zamirə Ədilova: Jurnalistlər tərəfindən TƏBİB-ə daxil olan müraciətlərin sayı artıb

“Son zamanlar bizə jurnalistlərdən daxil olan informasiya sorğularının sayı artıb”.

1news.az
xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova bildirib.

“2023-cü ilin 6 ayı ərzində onlayn media subyektlərindən qəbul edilən sorğuların sayı 1200-dən çoxdur. Bu müddətdə televiziya kanallarından daxil olan sorğular əsasında və tədbirlərdə aparılan çəkilişlərin sayı 450-dən çox olub”.
O qeyd edib ki, hesabatın əhatə etdiyi dövrdə TƏBİB-in sosial media hesablarında paylaşılan postların sayı 2027-ə çatıb.

Paylaş:
507

Son xəbərlər

Bütün xəbərlər