Koronavirus başlayandan ölkəyə gətirilən vaksinlərin sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirus başlayandan ölkəyə gətirilən vaksinlərin sayı açıqlandı

Qafar Ağayev12:36 - 17 / 07 / 2023
Koronavirus başlayandan ölkəyə gətirilən vaksinlərin sayı açıqlandı

Pandemiya müddətində TƏBİB tabeliyində olan tibb müəssisələrində yüksək keyfiyyətli avadanlıqla təmin olunan 14 PZR laboratoriyaları fəaliyyətə başlayıb.

1news.az
xəbər verir ki, bunu TƏBİB-in Strateji təhlil və inkişaf departamentinin Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə deyib.
"Koronavirusla mübarizə üzrə səfərbər edilmiş 46 tibb müəssisəsindən 43-ü TƏBİB tabeli tibb müəssisəsi olub. Ümumilikdə, ölkədə 300-dən çox məntəqədə vaksinasiya işi təşkil edilib və ölkəyə 18.1 milyon doza vaksin gətirilib" - F. Həsənzadə qeyd edib.

Paylaş:
378

Son xəbərlər

Bütün xəbərlər