Departament rəhbəri: Vətəndaşlarda səhiyyə sistemindəki dəyişikliklərə inam artıb
2023-cü ilin ilk 6 ayında görülmüş işlər nəticəsində vətəndaşlarda səhiyyə sistemindəki dəyişikliklərə inam artıb, TƏBİB-in məqsəd və vəzifələrinin düzgün təbliği həyata keçirilib.
1news.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova bildirib.
“QHT, KİV-lərin səhiyyə sistemində aparılan müsbət dəyişikliklərə cəlb edilməsi yolu ilə vətəndaşların və cəmiyyətin müxtəlif sosial qruplarının qurumun gördüyü işlərlə bağlı fikirlərinin müsbətə doğru dəyişimi müşahidə olunur” - deyə, Ədilova əlavə edib.
260