Azərbaycan Respublikasının Kino Agentliyi film layihələri müsabiqəsi elan edib | 1news.az | Xəbərlər
Mədəniyyət

Azərbaycan Respublikasının Kino Agentliyi film layihələri müsabiqəsi elan edib

18:30 - 18 / 07 / 2023
Azərbaycan Respublikasının Kino Agentliyi film layihələri müsabiqəsi elan edib

Mədəniyyət Nazirliyinin tabeliyində olan “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi (ARKA) film layihələri müsabiqəsi elan edib.

1news.az xəbər verir ki, müsabiqə dövlət tərəfindən kino sahəsinin inkişafının dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi məqsədilə təşkil olunur.
İyulun 17-də Mədəniyyət Nazirliyində kino ictimaiyyəti nümayəndələrinin iştirakı ilə müsabiqəyə həsr olunan təqdimat tədbiri keçirilib.

Bildirilib ki, müsabiqədə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və kinematoqrafiya sahəsində fəaliyyət göstərən müstəqil prodüser mərkəzləri və digər hüquqi şəxslərin istehsal etdiyi film layihələri iştirak edə bilər. Müsabiqəyə bir neçə hüquqi şəxsin birgə qatılması da mümkündür.

Müsabiqəyə təqdim edilmiş film layihələrində 5 əsas müəllifdən (quruluşçu rejissor, ssenari müəllifi, quruluşçu operator (təsvir rejissoru), quruluşçu rəssam, bəstəkar) azı üçü Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan şəxslər olmalıdır.

Müsabiqənin ümumi fondu 5 500 000 manat təşkil edir və layihələr dörd istiqamət üzrə qəbul olunacaq: dövlət sifarişi ilə istehsal olunacaq filmlər; kommersiya filmləri; müəllif filmləri; debüt və tələbə filmləri.

Dövlət sifarişi ilə istehsal olunacaq film (tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya filmləri) layihələri üçün 2 000 000 manat nəzərdə tutulub. Kommersiya filmləri (tammetrajlı bədii, sənədli və animasiya filmləri) layihələri üçün 1 250 000 manat, müəllif filmləri (tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya filmləri) layihələri üçün 1 250 000 manat ayrılacaq. Debüt (tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya filmləri) və tələbə (yalnız qısametrajlı filmlər) layihələri üçün isə 1 000 000 manat nəzərdə tutulub.

Müsabiqənin 1-ci mərhələsi 18 iyul – 15 sentyabr 2023-cü il tarixlərini əhatə edir və bu mərhələdə ARKA tərəfindən layihələrin qəbulu həyata keçirilir. 2-ci mərhələdə (1 sentyabr – 15 oktyabr 2023-cü il) Seçim Komissiyası tərəfindən ilkin qiymətləndirmə və bədii seçim həyata keçiriləcək.

Müsabiqənin 3-cü mərhələsində (21-22 oktyabr 2023-cü il) Seçim Komissiyası və Ekspert Şurası qarşısında layihələrin iştirakçılar tərəfindən müdafiəsi (pitçinq) olacaq. Pitçinq mərhələsini uğurla başa vurmuş layihələr qalib hesab ediləcək və həmin layihələri təqdim etmiş iştirakçılarla müqavilə bağlanacaq.

Müsabiqənin şərtləri və layihələrin təqdim olunması ilə bağlı tələblər barədə daha ətraflı ARKA-nın rəsmi saytında ( https://arka.culture.az ) məlumat əldə etmək olar

Paylaş:
755

Son xəbərlər

Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıbBu gün, 17:50Sergey Narışkin Bakıda səfərdədirBu gün, 17:44PAŞA Holding-in sponsorluğu ilə növbəti Bakı Beynəlxalq Piano Festivalı keçirilib - FOTOBu gün, 17:40Abbas Mirzə Şərifzadə küçəsində avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edilib - FOTOBu gün, 17:36Milli Məclisin Gənclər və idman komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilibBu gün, 17:10Ayxan Hacızadədən Litvanın xarici işlər nazirinə CAVABBu gün, 17:01Azərbaycanlı professor 8 milyon avro mükafat qazanıbBu gün, 16:58Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli komanda-qərargah təlimi keçirilirBu gün, 16:48İlham Əliyev Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub - YENİLƏNİBBu gün, 16:40Konstitusiya Məhkəməsində İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüş keçirilibBu gün, 16:35Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilibBu gün, 16:21Leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var - XƏBƏRDARLIQBu gün, 16:11Buraxılış imtahanında yeni model tətbiq ediləcəkBu gün, 15:59Bakı metrosunda qatar yoluna düşən kişi ölübBu gün, 15:47Azərbaycanda səfərdə olan Macarıstan hərbçiləri Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində olublar - VİDEOBu gün, 15:35Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməlləri qoyulubBu gün, 15:11Bakıda 5 marşrut xəttinin hərəkət sxemində dəyişiklik olacaqBu gün, 15:00Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edibBu gün, 14:57İcma: Litva qoy gedib müxtəlif xalqların harmoniya içində yaşamasını Azərbaycandan öyrənsinBu gün, 14:44Cəbrayıl rayonunda “Karabakh Stone” MMC-nin zavodunun təməli qoyulubBu gün, 14:41
Bütün xəbərlər