Ağcabədidə yerin təkindən qanunsuz istifadə halı aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə yerin təkindən qanunsuz istifadə halı aşkarlanıb

Qafar Ağayev12:01 - 19 / 07 / 2023
Ağcabədidə yerin təkindən qanunsuz istifadə halı aşkarlanıb

Ağcabədidə yerin təkindən qanunsuz istifadə halı aşkarlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə hallarının, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınmasının təmin edilməsi məqsədi ilə birgə tədbir keçirilib.

Keçirilən tədbir zamanı qeyri-qanuni qum-çınqıl daşınmasını təşkil edən bir nəfər müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 243-cü (Yerin təkindən istifadə qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Paylaş:
429

Son xəbərlər

Şamaxıda zəlzələ olub

07 / 06 / 2026, 18:49

Karapetyan səs verib

07 / 06 / 2026, 12:39

Nikol Paşinyan səs verib

07 / 06 / 2026, 10:39
Bütün xəbərlər