“Abortlarla bağlı birinciliyi artıq əldən vermişik”
“Abortlarla bağlı birinciliyi artıq əldən vermişik”.
1news.az xəbər verir ki bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqində deyib.
“Ötən dövrlə müqayisədə bu sahədə azalma var. Bu tendensiya bizi sevindirir. Amma problemin özü ağırdır. Biz bunu aradan qaldırmaq üçün lazımi tədbirlər görürük. Daha çox maarifləndirmə işləri daha çox aparılır. Xüsusən də ailənin planlaşdırılması məsələsinin vacib olduğu vurğulanır. “Reproduktiv sağlamlıq və ailə planlaması" ilə bağlı qanun Milli Məclisin gündəmindədir. Yenə də bu qanunun qəbulu ilə bağlı bir sıra məsələlərin həllini gözləyirik. Çünki bu qanunun qəbulu bu istiqamətdəki bir sıra fəaliyyətləri tənzimləyəcək, savadlılığın artırılmasına, qadınlara reproduktiv dəstək verilməsinə imkan yaradacaq. Odur ki, bu qanunun qəbulu bir çox məsələlərin açarı olacaq”.