Bu ərazidə qanunsuz balıq ovlayanlar saxlanılıb
Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Bu barədə 1news.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Pirallahı və Siyəzən rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Pirallahı rayon sakinləri Cəfər Əskərov, Zahid Nəbiyev və Siyəzən rayon sakini Xəyal Babayev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.
X.Mirzəyevin sözlərinə görə, keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Pirallahı, Xaçmaz, Siyəzən rayonları akvatoriyasından və Şəmkir su anbarından ümumilikdə 1190 metr uzunluğunda 16 ədəd sintetik tor yığışdırılıb.