Təhsil tələbə kreditinə müraciət qəbulu başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil tələbə kreditinə müraciət qəbulu başlayır

Qafar Ağayev11:32 - 20 / 07 / 2023
Təhsil tələbə kreditinə müraciət qəbulu başlayır

Bu gün saat 12:00-dan 2023-2024-cü tədris ilinin payız semestri üçün təhsil tələbə krediti (TTK) üzrə müraciətlərin qəbuluna başlanılır.

Elm və Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, 2-ci və daha yuxarı kurslarda təhsil alan tələbələr kredit üçün müraciət edə bilərlər.

Magistratura təhsil səviyyəsi üzrə yeni qəbul olmuş tələbələr üçün yaxın günlərdə portal.edu.az üzərindən qeydiyyat başlayacaq. Həmin tələbələrin eyni zamanda TTK üçün müraciət etmək imkanı olacaq.

Bakalavr və subbakalavr təhsil səviyyələri üzrə qəbul olan tələbələr ixtisas seçimi etdikdən sonra təhsil müəssisəsinin qeydiyyatı zamanı paralel olaraq TTK müraciətlərini də göndərə biləcəklər.

Paylaş:
458

Son xəbərlər

Bütün xəbərlər