“Toyota Prius” qatar yoluna çıxdı, xəsarət alanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

“Toyota Prius” qatar yoluna çıxdı, xəsarət alanlar var

Qafar Ağayev12:49 - 20 / 07 / 2023
“Toyota Prius” qatar yoluna çıxdı, xəsarət alanlar var

20 iyul 2023-cü il saat 11:10 radələrində Dübəndi-Zirə dəmir yolu xəttinin 23-cü kilometrində Azərbaycan Dəmir Yollarına məxsus yol maşını təmir işləri aparan zaman dövlət qeydiyyat nişanı 77-KD-762 olan “Toyota Prius” markalı avtomobil qorunmayan dəmiryol keçidini keçməyə cəhd edib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən 1news.az-a bildirib ki, maşinist tərəfindən təcili tormozlanma aparılsa da, toqquşma qaçılmaz olub. Nəticədə minik avtomobilinin sürücüsü və 1 sərnişin xəsarət alıb, yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Hadisə aidiyyəti üzrə araşdırılır.

Paylaş:
391

Son xəbərlər

Bütün xəbərlər