Sabah yağmurlu hava gözlənilir - PROQNOZ | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah yağmurlu hava gözlənilir - PROQNOZ

12:23 - 21 / 07 / 2023
Sabah yağmurlu hava gözlənilir - PROQNOZ

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-34° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti , dağlarda gecə 11-16° isti, gündüz 17-22° isti olacaq.

Paylaş:
236

Son xəbərlər

Bütün xəbərlər