ATU-nun Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

ATU-nun Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin edilib

Qafar Ağayev13:59 - 24 / 07 / 2023
ATU-nun Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin edilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin edilib.

1news.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə Cavid Nazim oğlu Paşayev Klinikanın direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Cavid Paşayev 2001-2007-ci illərdə ATU-nun Müalicə - profilaktika fakültəsində müalicə işi üzrə təhsil alıb. O, 2007-2008-ci illərdə Kliniki Tibbi Mərkəzdə “Anesteziologiya-reanimasiya” ixtisası üzrə internatura keçib. 2009-2010-cu illərdə Avrasiya Klinikasında həkim-anestezioloq, 2011-2014-cü illərdə isə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq olaraq çalışıb. Daha sonra C.Paşayev 2014-2021-ci illərdə fəaliyyətini ATU-nun Anesteziologiya-reanimasiya şöbəsinin müdiri kimi davam etdirib. O, 2018-2021-ci illərdə ATU-nun Anesteziologiya və reanimasiya kafedrasında assistent, 2021-2022-ci illərdə isə Bakı Sağlamlıq Mərkəzində Baş həkimin müavini, Anesteziologiya və reanimasiya şöbəsinin müdiri vəzifələrində çalışıb.

2022-2023-cü illərdə Cavid Paşayev “Yeni Klinika”nın Müalicə işləri üzrə direktorunun birinci müavini, direktor vəzifəsini icra edib.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının yeni təyin olunmuş direktoru bu gün kollektivə təqdim edilib.

Xatırladaq ki, C.Paşayev könüllü olaraq Vətən Müharibəsində yaralanan hərbi qulluqçulara tibbi yardım göstərilməsində iştirakı, eyni zamanda COVID-19 pandemiyasına qarşı mübarizədə xidmətlərinə görə “Fəxri Fərman”la və “Səhiyyə Əlaçısı” döş nişanı ilə təltif olunub.

Paylaş:
308

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər