İsmayıllıda keçmiş məhkumdan narkotik götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllıda keçmiş məhkumdan narkotik götürülüb

11:03 - 24 / 07 / 2023
İsmayıllıda keçmiş məhkumdan narkotik götürülüb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a bildirilib ki, keçirilən əməliyyat zamanı İsmayıllı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Şafiq Talıbov şübhəli şəxs kimi saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman sellofan torbada ümumi çəkisi 3 kiloqram artıq narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Ş.Talıbov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
392

Son xəbərlər

Bütün xəbərlər