Rüstəm Quliyev: Son 10 ildə “Azərişıq” abonentlərinin sayı 600 minə yaxın artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Rüstəm Quliyev: Son 10 ildə “Azərişıq” abonentlərinin sayı 600 minə yaxın artıb

Qafar Ağayev14:27 - 25 / 07 / 2023
Rüstəm Quliyev: Son 10 ildə “Azərişıq” abonentlərinin sayı 600 minə yaxın artıb

“Son 10 ildə “Azərişıq” ASC-nin abonentlərinin sayı 600 minə yaxın artıb”.

1news.az xəbər verir ki ki, bunu Hadrutda “Azərişıq” ASC-nin təşkilatçılığı ilə paylayıcı şəbəkələrdə 2023-cü ilin 6 ayı üzrə görülmüş işlərə dair media nümayəndələrinə hesabat tədbirində “Azərişıq” ASC – nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev deyib.
“Belə ki, 2014-cü ildə bu göstərici 2.359.292 abonent olub. 2023-cü il üçün isə bu sayın 2.937.601-ə çatması proqnozlaşdırılır”.

O bildirib ki, 2023-cü ilin 6 ayı ərzində 10.095 milyon kVts elektrik enerjisi alınıb.

“6 ay ərzində 140 min ədəd elektrik sayğacının quraşdırılıb. Cari il üçün texniki itklərin maksimum faiz həddinin 8,6 % olacaq”

Paylaş:
615

Son xəbərlər

Bütün xəbərlər