Azad olunmuş ərazilərdə elektromobillər üçün enerji doldurma məntəqələri quraşdırılıb - FOTO
“Azad olunmuş ərazilərdə elektrikli avtomobillər üçün enerji doldurma məntəqələri quraşdırılıb”.
1news.az xəbər verir ki, bunu Hadrutda “Azərişıq” ASC-nin təşkilatçılığı ilə paylayıcı şəbəkələrdə 2023-cü ilin 6 ayı üzrə görülmüş işlərə dair media nümayəndələrinə hesabat tədbirində “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.
“Artıq Şuşa şəhərində yarımstansiyalarda enerjidoldurma məntəqələri quraşdırılıb. Eyni zamanda Füzuli Yarımadasında və Hadrut Qovşaq Yarımstansiyasında da belə məntəqələriləri müşahidə edə bilərik. Azad olunmuş ərazilərə elektrikli avtomobillərlə səyahət edən şəxslər bu məntəqələrdən istifadə edə bilərlər” .
514