Qusarda itkin düşən kişi meşədə tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qusarda itkin düşən kişi meşədə tapıldı

11:21 - 25 / 07 / 2023
Qusarda itkin düşən kişi meşədə tapıldı

Qusar Rayon Polis Şöbəsinə rayonun Kuzun kənd sakini, əqli qüsurlu 47 yaşlı Gülbala Muradovun itkin düşməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən dərhal zəruri tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin nəticəsində G.Muradov meşənin dərinliklərindən tapılaraq ailəsinə təhvil verilib.

Paylaş:
395

Son xəbərlər

Bütün xəbərlər