Bərdədə kanalda batan şəxs axtarılır - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə kanalda batan şəxs axtarılır - VİDEO

13:01 - 25 / 07 / 2023
Bərdədə kanalda batan şəxs axtarılır - VİDEO

Dünən Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində bir nəfər batıb.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu göndərilib. Kanalda batması ehtimal edilən 2003-cü il təvəllüdlü Eyvazov Kamran Müzəffər oğlunun axtarışlarına başlayıblar.

Havanın küləkli və kanalda su axınının sürətinin yüksək olmasına baxmayaraq, hazırda vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Paylaş:
337

Son xəbərlər

Bütün xəbərlər