Heydər Əliyev prospektində yeni istiqamətverici lövhələr quraşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev prospektində yeni istiqamətverici lövhələr quraşdırılacaq

Qafar Ağayev13:43 - 26 / 07 / 2023
Heydər Əliyev prospektində yeni istiqamətverici lövhələr quraşdırılacaq

Heydər Əliyev prospektinin 17.4-cü km-lik hissəsində, şəhər istiqamətində P tipli istiqamətverici lövhələrin quraşdırılması nəzərdə tutulur.

1news.az xəbər verir ki, Lövhələrin quraşdırılması işləri bu axşam saat 22:00-dan səhər saat 05:00-dək aparılacaq.

Qeyd olunan vaxt müddətində işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Paylaş:
344

Son xəbərlər

Bütün xəbərlər