Bakıda 21 yaşlı oğlan qətlə yetirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 21 yaşlı oğlan qətlə yetirilib

Qafar Ağayev13:55 - 26 / 07 / 2023
Bakıda 21 yaşlı oğlan qətlə yetirilib

İyulun 26-də saat 12 radələrində Səbail rayonu Bibiheybət qəsəbəsində restoranların birində işləyən 2002-ci il təvəllüdlü Ömərov Azər Aslan oğlunun aldığı xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən 1news.az-a bildirilib ki, ilkin məlumata görə cinayət hadisəsi onun iş yoldaşı 2002-ci təvəllüdlü Əkbərli Rüfət Əsgər oğlu ilə şəxsi münasibətlər zəminində baş verib.

Rüfət Əkbərli polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
228

Son xəbərlər

Bütün xəbərlər