Ötən gün axtarışda olan 68 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün axtarışda olan 68 nəfər saxlanılıb

Qafar Ağayev10:36 - 26 / 07 / 2023
Ötən gün axtarışda olan 68 nəfər saxlanılıb

İyulun 25-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 68, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Paylaş:
247

Son xəbərlər

Bütün xəbərlər