Abşeron dairəvi dəmir yolunda müxtəlif elektron ödəniş üsullarından istifadə mümkün olub
Abşeron dairəvi dəmir yolu xətti üzrə “Visa” bank kartlarına bağlanmış “Apple pay”, “Google pay” və digər elektron ödəniş üsulları ilə səfər etmək mümkündür.
"Azərbaycan Dəmir Yolları" QSC-dən 1news.az-a verilən məlumata görə, sərnişin həm giriş, həm də çıxış zamanı eyni ödəniş vasitəsindən istifadə etməlidir.
“Əgər sərnişin “Google pay” vasitəsilə platformaya daxil olursa, mütləq çıxış zamanı da “Google pay”dən istifadə etməlidir. Əks halda həm plastik kart, həm də elektron ödəniş üsulu üzrə ən uzun məsafəyə uyğun cərimə tətbiq ediləcək”, - məlumatda qeyd olunur.
195