AMEA-da Qərbi Azərbaycanda yer adları ilə bağlı komissiya yaradıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

AMEA-da Qərbi Azərbaycanda yer adları ilə bağlı komissiya yaradıldı

Qafar Ağayev10:57 - 28 / 07 / 2023
AMEA-da Qərbi Azərbaycanda yer adları ilə bağlı komissiya yaradıldı

AMEA-nın Rəyasət Heyətində Nazirlər Kabinetinin 19 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na dəyişiklik edilməsi haqqında” Qərarının icrasını təmin etmək məqsədilə komissiya yaradılıb.

Qurumdan 1news.az-a verilən məlumata görə, bu məqsədlə keçirilən iclasda AMEA-nın prezidenti İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, eləcə də Akademiyada Qərbi Azərbaycanla bağlı tədqiqatlar aparan alimlər və aidiyyəti şəxslər iştirak ediblər.

Prezident İlham Əliyevin 2022-ci ilin dekabr ayından etibarən Qərbi Azərbaycan istiqamətində məqsədli, genişləndirilmiş və sistemli iş apardığını deyən akademik İsa Həbibbəyli Qərbi Azərbaycan İcmasının təşəbbüsü əsasında artıq BMT, UNESCO və dünyanın digər beynəlxalq təşkilatları səviyyəsində qərarların qəbul olunduğunu, hətta Avropa İttifaqı səviyyəsində müzakirələrin aparıldığını diqqətə çatdırıb.

O qeyd edib ki, bu günlərdə AMEA-ya Qərbi Azərbaycanla bağlı daha bir məsələ həvalə olunub. Baş Naziri Əli Əsədovun imzaladığı 19 iyul 2023-cü il tarixli 232 nömrəli qərarı ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na dəyişiklik edilib və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na aşağıdakı məzmunda 1.5-1-ci bənd əlavə edilib: “Qeydiyyat şöbəsində və konsulluq idarəsində vətəndaşlıq vəziyyəti aktlarının, icra hakimiyyətinin nümayəndəliyində doğumun, nikahın bağlanmasının və ölümün dövlət qeydiyyatı aparılarkən yer adları mövcud olan inzibati ərazi vahidlərinin adlarına uyğun yazılır. Ermənistan Respublikasındakı yer adları isə Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılır.”

AMEA rəhbəri artıq bundan sonra Qeydiyyat şöbəsində və konsulluq idarəsində, vətəndaşlıq aktlarının, icra hakimiyyəti nümayəndəliyində doğumun, nikahın bağlanmasının və ölüm hallarının dövlət qeydiyyatı aparılarkən Ermənistan Respublikasındakı yer adlarının Azərbaycan tarixi toponimlərinə uyğun olaraq yazılmasının təmin edilməsi üçün AMEA tərəfindən rəy və tövsiyələrin veriləcəyini bildirib. Qeyd edib ki, yer adları ermənilər tərəfindən tarixi toponimlərimiz dəyişdirilməzdən öncə hansı adda olubsa, həmin formada da dəqiqləşdirilərək rəy veriləcək.

Daha sonra AMEA-da sözügedən qərarın icrasının təmin edilməsi və operativ rəy və tövsiyələrin verilməsi məqsədilə akademik Gövhər Baxşəliyevanın sədrliyi, professor Nadir Məmmədlinin müavinliyi ilə komissiya yaradılıb.

Paylaş:
245

Son xəbərlər

“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18
Bütün xəbərlər