“Culfa” gömrük postunda aksiz markası olmayan siqaretlər aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Culfa” gömrük postunda aksiz markası olmayan siqaretlər aşkarlanıb

15:09 - 29 / 07 / 2023
“Culfa” gömrük postunda aksiz markası olmayan siqaretlər aşkarlanıb

"Culfa" gömrük postunda aksiz markası olmayan siqaretlər aşkarlanıb.

1news.az "Report"a istinadən xəbər ki, Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda “Renault” markalı yük nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilən zaman şübhəli təsvirlər müşahidə olunduğu üçün avtomobil əsaslı yoxlamaya cəlb edilib.

Yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqu hissəsinin arxasında yerləşən su çəninin içərisində gizlədilmiş, aksiz markası ilə markalanmayan 1 060 qutu (21 200 ədəd) “Kent Nanotek 2.0” markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
256

Son xəbərlər

Bütün xəbərlər