Dövlət Dəniz və Liman Agentliyi Xəzərdə üzən gəmilərə xəbərdarlıq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Dəniz və Liman Agentliyi Xəzərdə üzən gəmilərə xəbərdarlıq edib

10:14 - 29 / 07 / 2023
Dövlət Dəniz və Liman Agentliyi Xəzərdə üzən gəmilərə xəbərdarlıq edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi bu gündən Xəzər dəniz akvatoriyasında müşahidə olunacaq Şimal-Qərb küləyi ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Bu barədə 1news.az-a Agentlikdən məlumat verilib.

Bildirilir ki, iyulun 29-dan Xəzər dənizi akvatoriyasında başlayacaq külək iyulun 30-u səhər saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizə isə 30-32 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyü 2-3 metr, sonrakı inkişafda 3,5-5,5 metrə çatacağı proqnozlaşdırılır.

Paylaş:
294

Son xəbərlər

Bütün xəbərlər