Bakıda 3 marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 3 marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdirilib

17:50 - 31 / 07 / 2023
Bakıda 3 marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdirilib

Bakıda 112, 136 və 146 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə 1news.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Dəyişikliyə səbəb paytaxtın Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində (Mir Mövsüm Ağa məscidi yaxınlığında) yolun hərəkət hissəsində təmir-tikinti işlərinin aparılacağı ilə əlaqədar avtomobillərin hərəkətinin tam məhdudlaşdırılmasıdır.

Məhdudiyyətlərə uyğun olaraq sözügedən marşrut xətləri üzrə hərəkət alternativ küçələrdən təşkil ediləcək.

Məhdudiyyət aradan qaldırıldıqdan sonra marşrutların əvvəlki sxem üzrə fəaliyyəti bərpa ediləcək.

Paylaş:
284

Son xəbərlər

Bütün xəbərlər