Bağça müdiri vəzifəsinə sənəd qəbulu başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bağça müdiri vəzifəsinə sənəd qəbulu başlayıb

11:12 - 31 / 07 / 2023
Bağça müdiri vəzifəsinə sənəd qəbulu başlayıb

Azərbaycanın məktəbəqədər təhsil müəssisələrinin (bağça) müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb.

1news.az-ın məlumatına görə, müsabiqədə iştirak etmək istəyən namizədlər avqustun 7-si saat 11:00-dək https://miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə ilk növbədə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaq.

Paylaş:
206

Son xəbərlər

Bütün xəbərlər