Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Tərtər RİH-də əməliyyat keçirib, baş memar saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Tərtər RİH-də əməliyyat keçirib, baş memar saxlanılıb

10:12 - 01 / 08 / 2023
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Tərtər RİH-də əməliyyat keçirib, baş memar saxlanılıb

Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Tofiq Kərimov korrupsiya əməlində şübhəli bilinərək saxlanılıb.

1news.az "Report"a istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Tərtər Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Əməliyyat nəticəsində T.Kərimov saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a bildirilib ki, məsələ ilə bağlı əlavə məlumat veriləcək.

Paylaş:
186

Son xəbərlər

Bütün xəbərlər