Surət Hüseynovun cənazəsi bu gün Azərbaycana gətiriləcək, sabah dəfn olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Surət Hüseynovun cənazəsi bu gün Azərbaycana gətiriləcək, sabah dəfn olunacaq

10:32 - 01 / 08 / 2023
Surət Hüseynovun cənazəsi bu gün Azərbaycana gətiriləcək, sabah dəfn olunacaq

Sabiq baş nazir Surət Hüseynovun cənazəsi bu gün axşam saatlarında Türkiyədən Bakıya gətiriləcək.

1news.az xəbər verir ki, bunu APA-nın qərb bürosuna açıqlamasında Surət Hüseynovun yaxınları bildirib.

O qeyd edilib ki, cənazə sabah Gəncədə Surət Hüseynovun İsmət Qayıbov küçəsindəki evinə aparılacaq və ata-anasının qəbrinin yanında dəfn ediləcək.

Qeyd edək ki, sabiq Baş nazir, 64 yaşlı Surət Hüseynov dünən İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.

Onun İstanbuldan Moldovaya gedərkən hava limanında səhhəti pisləşib və İstanbulda xəstəxanaya yerləşdirilib.

Surət Hüseynov 1959-cu ildə Gəncə şəhərində anadan olub.

Paylaş:
366

Son xəbərlər

Bütün xəbərlər