Astarada atasını öldürərək qaçan şəxs tutulub - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Astarada atasını öldürərək qaçan şəxs tutulub - YENİLƏNİB

14:18 - 01 / 08 / 2023
Astarada atasını öldürərək qaçan şəxs tutulub - YENİLƏNİB

Astarada bu gün atasını öldürərək qaçan 1977-ci il təvəllüdlü Rəşad Əliyev saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

12:20

Avqustun 1-də saat 10 radələrində Astara rayonu Çürkəş kəndində evlərin birində 1952-ci il təvəllüdlü Əliyev Qubad Cümşüd oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan 1news.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu, 1977-ci Rəşad hadisə yerindən uzaqlaşıb.

Onun tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.

Paylaş:
473

Son xəbərlər

Bütün xəbərlər