Sabahın hava proqnozu | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın hava proqnozu

12:45 - 02 / 08 / 2023
Sabahın hava proqnozu

Avqustun 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu. Əsasən yağmursuz. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi 8-13 m/s, səhər 15-20 m/s, axşam arabir 23-25 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-35° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz əsasən şimal və qərb rayonlarında arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.

Paylaş:
313

Son xəbərlər

Bütün xəbərlər