Naxçıvanda avtomobil oğurlayan şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda avtomobil oğurlayan şəxslər saxlanılıb

11:08 - 03 / 08 / 2023
Naxçıvanda avtomobil oğurlayan şəxslər saxlanılıb

Naxçıvanda avtomobil oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a bildirilib ki, avqustun 2-də saat 16 radələrində Naxçıvan şəhəri ərazisindən “Audi” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Naxçıvan ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobilin şəhər sakinləri Rəhman Həsənov və bir yeniyetmə tərəfindən qaçırılması, idarə edilərkən “QAZ-3110” markalı avtomobilə vurulması müəyyən olunub.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən R.Həsənov və həmin yeniyetmə saxlanılıblar. Araşdırma aparılır.

Paylaş:
180

Son xəbərlər

Bütün xəbərlər