Şabranda yol qəzası olub, 3 nəfər yaralanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şabranda yol qəzası olub, 3 nəfər yaralanıb

12:17 - 03 / 08 / 2023
Şabranda yol qəzası olub, 3 nəfər yaralanıb

Şabran rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

1news.az "Report"a istinadən xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Rəhimli kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı minik avtomobili ilə "Ford" markalı yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər yaralanıb.

Xəsarət alan Ramiz Şahbazov, Xədicə Şahbazova və Xalidə Rəcəbova xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırmalar aparılır.

Paylaş:
334

Son xəbərlər

Bütün xəbərlər