Azərbaycan hərbçiləri Ermənistana məxsus növbəti kvadrokopteri ələ keçirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan hərbçiləri Ermənistana məxsus növbəti kvadrokopteri ələ keçirib - FOTO

15:04 - 07 / 08 / 2023
Azərbaycan hərbçiləri Ermənistana məxsus növbəti kvadrokopteri ələ keçirib - FOTO

Avqustun 7-si saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus "DJI Mavic 3" kvadrokopteri Azərbaycan Ordusunun Basarkeçər rayonunun Zod istiqaməti ilə üzbəüz istiqamətdə yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib.

Paylaş:
460

Son xəbərlər

Bütün xəbərlər