Kolleclərə ixtisas seçimi bu gün başa çatır | 1news.az | Xəbərlər
Cəmiyyət

Kolleclərə ixtisas seçimi bu gün başa çatır

10:18 - 07 / 08 / 2023
Kolleclərə ixtisas seçimi bu gün başa çatır

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi 7 avqust saat 23:59-dək davam edəcək.

DİM-dən 1news.az-a verilnə xəbərə görə, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

7 avqust saat 09:15-ə olan məlumata əsasən ixtisas seçimi etmiş abituriyentlərin sayı aşağıdakı kimidir:

Azərbaycan bölməsi - 14855; rus bölməsi - 344; cəmi - 15199 nəfər.

Müsabiqəyə qeyd olunan vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

Paylaş:
173

Son xəbərlər

Bütün xəbərlər