Culfada evdən 6 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Culfada evdən 6 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

11:21 - 07 / 08 / 2023
Culfada evdən 6 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Avqustun 2-də Culfa şəhərindəki evlərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən xəbərə görə, Culfa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəhər sakinləri Azər Səfərov, Vasif Həşimov və Kamran Əliyev müəyyən olunaraq saxlanılıblar.

Paylaş:
388

Son xəbərlər

Bütün xəbərlər