Şəmkirdə qəza oldu - Yeniyetmə öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə qəza oldu - Yeniyetmə öldü

11:57 - 07 / 08 / 2023
Şəmkirdə qəza oldu - Yeniyetmə öldü

Şəmkirdə ölümlə nəticələnən yol qəzası olub.

1news.az xəbər verir ki, Quliyev Ramil Natiq oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobillə Şəmkir-Gədəbəy avtomobil yolunun, Şəmkir rayonu Çənlibel kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman idarə etməni itirərək avtomobili aşırıb.

Nəticədə həmin avtomobildə sərnişin olan 2007-ci il təvəllüdlü İbrahimov Elmir Ayaz oğlu hadisə yerində ölüb. Şəmkir RPŞ-nin İB-də fakta görə CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Paylaş:
478

Son xəbərlər

Bütün xəbərlər