İsmayıllıda itkin düşmüş qız və oğlan bir ay sonra tapılıb

İtkin düşən İsmayıllı sakinləri tapılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan 1news.az-a bildirilib ki, İsmayıllı sakinləri Ağaverdi Xəlilov və həmyaşıdı Aytac Mayılova Bakı şəhərində tapılıblar, axtarışlar dayandırılıb.
Qeyd edək ki, 19 yaşlı Ağaverdi Xəlilov və həmyaşıdı Aytac Mayılova iyulun 8-dən 9-na keçən gecə yaşadıqları ünvanlardan çıxıb, bir daha geri qayıtmayıblar.
275