Bakı, Sumqayıt və Abşeronda avqust ayının pensiyaları ödənilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı, Sumqayıt və Abşeronda avqust ayının pensiyaları ödənilib

12:42 - 08 / 08 / 2023
Bakı, Sumqayıt və Abşeronda avqust ayının pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə avqust ayının pensiyaları ödənilib.

Bu barədə 1news.az-a DSMF-dən xəbər verilib.

Bildirilib ki, yaxın günlərdə isə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödəniləcək.

Paylaş:
160

Son xəbərlər

Bütün xəbərlər