Azərbaycanda 7 nəqliyyat vasitəsi özəlləşdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 7 nəqliyyat vasitəsi özəlləşdirilib

16:47 - 09 / 08 / 2023
Azərbaycanda 7 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 7 nəqliyyat vasitəsi özəlləşdirilib.

1news.az quruma istinadən xəbər verir ki, hərracda bəzi avtomobillərə edilən təklif start qiymətindən çox olub.

Belə ki, “Nissan Maxima” markalı avtomobil 2 000 manat ilkin qiymətlə təklif olunsa da, sonda 3 250 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/35Fugq linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar 15, 22 və 29 avqustda keçiriləcək.

Paylaş:
338

Son xəbərlər

Bütün xəbərlər