Sumqayıtda qadın ərini öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda qadın ərini öldürüb

10:53 - 09 / 08 / 2023
Sumqayıtda qadın ərini öldürüb

Avqustun 9-da Sumqayıt şəhərinin Corat Qəsəbə sakini 1987-ci il təvəllüdlü Ağahüseyn İmanovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan 1news.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla 1989-cu il təvəllüdlü Əfsanə Məmmədovanın yaşadıqları evdə bıçaqla əri Ağahüseyn İmanova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əfsanə Məmmədova hadisədən sonra könüllü təslim olub.

İbtidai istintaq davam etdirilir.

Paylaş:
350

Son xəbərlər

Bütün xəbərlər