Novxanıda dənizdə bir nəfər batıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Novxanıda dənizdə bir nəfər batıb

15:30 - 11 / 08 / 2023
Novxanıda dənizdə bir nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən 1news.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Paylaş:
279

Son xəbərlər

Bütün xəbərlər