Lerikə istirahətə gedən gənc çayda boğularaq ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Lerikə istirahətə gedən gənc çayda boğularaq ölüb

17:17 - 12 / 08 / 2023
Lerikə istirahətə gedən gənc çayda boğularaq ölüb

Biləsuvar rayon sakini Lerik rayonunda çayda boğulub.

1news.az “Report”a istinadən xəbər verir ki, hadisə Lerik rayonunun Piran kəndi ərazisində baş verib.

Belə ki, Biləsuvardan Lerikə istirahətə gedən ailə faciə ilə üzləşib.

2006-cı il təvəllüdlü Allahverdi Nihad oğlu Mehdiyev ərazidən keçən çayda çimərkən boğulub.

A.Mehdiyev yaxınlarının köməyi ilə sudan çıxarılaraq təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Lakin onun üzərində həyat əlamətləri müşahidə olunmayıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş:
306

Son xəbərlər

Bütün xəbərlər