Norveçdə azərbaycanlı yeniyetmənin “Qarabağı gözəl gördüm” adlı ilk sərgisi keçirilib | 1news.az | Xəbərlər
Mədəniyyət

Norveçdə azərbaycanlı yeniyetmənin “Qarabağı gözəl gördüm” adlı ilk sərgisi keçirilib

16:41 - 14 / 08 / 2023
Norveçdə azərbaycanlı yeniyetmənin “Qarabağı gözəl gördüm” adlı ilk sərgisi keçirilib

5- 13 avqust tarixlərində Oslo Beynəlxalq Uşaq İncəsənət Muzeyində - (The International Museum Of Children's Art's) Norveç Azərbaycan Gənclər Təşkilatının(NAYO), Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin təşkilatçılığı ilə vətənpərvər və istedadlı 14 yaşlı şagirdimiz Səlim Abbaszadənin "Qarabağı gözəl gördüm" adlı ilk sərgisi keçirilib.

Sərgidə məktəbin şagirdləri, müəllimləri, Norveçdəki Azərbaycan icmasının üzvləri və muzey ziyarətçiləri iştirak ediblər. S.Abbaszadənin sərgisində əsasən Azərbaycanın işğaldan azad olunmuş əraziləri ilə bağlı rəsmləri nümayiş olunub. Sərgidə nümayiş olunan rəsmlər arasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşada yerləşən “Gövhər Ağa məscidi”, “Şahbulaq qalası”, gözəllik və zəriflik simvolu olan “Xarıbülbül” çiçəyi və “Tıq-tıq xanım” rəsmi sərgi iştirakçıları tərəfindən çox böyük maraqla qarşılanıb.

S.Abbaszadə sərgi iştirakçılarına Azərbaycan və Qarabağın tarixi və çəkdiyi hər bir rəsm haqqında norveç və ingilis dillərində məlumat verib.

Sözügedən muzeyin direktoru Angela Goldin S.Abbaszadənin rənglərin, fırçanın və istedadının köməyi ilə çəkdiyi təbiət rəsmlərində təsvirlərin gözəl ,ecazkar və maraqlı olduğunu qeyd edib və bildirib ki, gənc rəssamın rəsmləri "soyuq şimal"a günəş,istilik ,sülh,gözəl və birlik bəxş edib.

Rəhbəri olduğu muzeyin əsas üç funksiyası olduğunu deyən A.Goldin bildirib ki, əsas məqsədləri dünyanın hər yerindən olan uşaqların rəsmlərini toplamaq,qorumaq və gənc istedadların rənglər dünyasını gələcək nəsillərə ötürməkdir. A.Goldin muzeyin ideyalarından irəli gələrək belə istedadlı və yenilikçi gənclərlə tanış olmaqdan çox məmnun olduğunu bildirib ,gələcəkdə də S.Abbaszadə və məktəbin digər istedadlı şagirdləri ilə də əməkdaşlıq edəcəyini vurğulayıb.
Sərginin sonunda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdi Aida Ramberq Sözləri Baba Vəziroğluna və musiqisi Cavinşir Quliyevə məxsus olan“ Qarabağı gözəl gördüm” mahnısını ifa edib.

S.Abbaszadə “Xarıbülbül” və “Tıq-tıq xanım” rəsmlərini muzeyə hədiyyə edib. Artıq muzeydə 185 ölkədən olan uşaqların müxtəlif mövzularda nümayiş olunan rəsmləri arasında şagirdimiz S.Abbaszadənin də rəsmləri yer alacaqdır.

Qeyd edək ki, S.Abbaszadə sözügedən muzeydə sərgisi nümayiş etdirilən ilk azərbaycanlı gənc rəsaamdır. Muzeyin direktoru A.Goldin bildirib ki, 1996-cı ildə Norveçə rəsmi səfəri çərçivəsində görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Beynəlxalq Uşaq İncəsənəti Muzeyini ziyarət edib və milli geyimli Azərbaycan gəlinciklərini (kuklalarını) muzeyə hədiyyə edib.

Paylaş:
1169

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər