Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

16:41 - 14 / 08 / 2023
Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Avqustun 15-18-də əsasən gündüz saatlarında Böyük Qafqaz zonasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Paylaş:
572

Son xəbərlər

Bütün xəbərlər