Təcridxanaya narkotik keçirməyə cəhd olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Təcridxanaya narkotik keçirməyə cəhd olunub

13:38 - 15 / 08 / 2023
Təcridxanaya narkotik keçirməyə cəhd olunub

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətdən 1news.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə həbs edilmiş Vüqar Ələmdər oğlu Xəlilova dayısı oğlu Fəxrəddin Ələddin oğlu Süleymanovun gətirdiyi sovqatda olan idman şalvarının bel ipinə hopdurularaq gizlədilmiş 0,126 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
310

Son xəbərlər

Bütün xəbərlər