Blogerin düşdüyü yol qəzasında ölən şəxsin kimliyi məlum oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Blogerin düşdüyü yol qəzasında ölən şəxsin kimliyi məlum oldu

09:38 - 15 / 08 / 2023
Blogerin düşdüyü yol qəzasında ölən şəxsin kimliyi məlum oldu

"Nikosayağı" kimi tanınan bloger Nicat Şakirlinin düşdüyü qəza zamanı ölən şəxsin adı açıqlanıb.

1news.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, qəza nəticəsində ölən şəxsin 37 yaşlı Ruslan Məmmədov olduğu müəyyənləşib.

Məlumata görə, qəza nəticəsində onun artıq həkiməqədər ölümü qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Paylaş:
488

Son xəbərlər

Bütün xəbərlər