Ağır yol qəzasında həyatını itirən Ruslan Məmmədov dəfn olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağır yol qəzasında həyatını itirən Ruslan Məmmədov dəfn olunub – FOTO

13:20 - 16 / 08 / 2023
Ağır yol qəzasında həyatını itirən Ruslan Məmmədov dəfn olunub – FOTO

Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində Nicat Şakirlinin idarə etdiyi avtomobilin qəza törətməsi nəticəsində Gəncə şəhər sakini 1996-cı il təvəllüdlü Ruslan Şahin oğlu Məmmədov hadisə yerində həyatını itirib.

1news.az İnterpress.az-a istinadən xəbər verir ki, qəzada həyatını itirən gəncin Gəncədəki evinin qarşısında yas mərasimi təşkil olunub.

Qeyd edək ki, mərhum Ruslan Məmmədovun hal hazırda dəfn mərasimi keçirilir. O, Gəncə şəhərində dəfn olunub.

Xatırladaq ki, həyatını itirən gənc Azərbaycan diasporunun tanınmış simalarından Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədovun oğludur.

Paylaş:
1983

Son xəbərlər

Bütün xəbərlər