Azərbaycan gömrükçüləri nəqliyyat vasitəsindən gümüş aşkar edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan gömrükçüləri nəqliyyat vasitəsindən gümüş aşkar edib

14:45 - 16 / 08 / 2023
Azərbaycan gömrükçüləri nəqliyyat vasitəsindən gümüş aşkar edib

Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə “pambıq lifinin tullantıları” yükü aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

1news.az Komitəyə istinadən xəbər verir ki, yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqusunun ön hissələrindəki boşluqlardan 11 ədəd külçə formasında, üzəri falqa ilə örtülmüş 14 bükümdə isə qırıntı halında olmaqla 990 əyarlı, ümumilikdə çəkisi 36,946 kq, dəyəri 41 436 manat olan gümüş aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
241

Son xəbərlər

Bütün xəbərlər